Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Kim Çen In müharibəyə başlayır: Diktatorun bacısı hər şeyi AÇIQLADI
Kim Çen In müharibəyə başlayır: Diktatorun bacısı hər şeyi AÇIQLADI

Reportyor.tv məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con Koreya yarımadasında müharibə ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Onun sözlərinə görə, regionda qüvvələr arasında güc paritetinin pozulması dərhal müharibə deməkdir.
Kim Yo Con bildirib: “Bu gün Koreya yarımadasında və regionda düşmənlərimizlə aramızda qüvvələr paritetinin pozulması dərhal müharibə deməkdir. Bu, inkar edilə bilməyəcək obyektiv reallıqdır”.
O həmçinin vurğulayıb ki, Şimali Koreyanın özünümüdafiə məqsədli nüvə gücünü artırma siyasəti mövcud vəziyyətdə yeganə və ən doğru seçimdir və bu yoldan geri çəkilməyəcəklərini bəyan edib.
Bu açıqlama regionda onsuz da gərgin olan təhlükəsizlik mühitinə əlavə narahatlıq qataraq, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Ekspertlər bu bəyanatı Koreya yarımadasında və ətraf bölgələrdə sülh və sabitlik üçün ciddi xəbərdarlıq kimi və müharibə ehtimalı olaraq qiymətləndirirlər.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti