ABŞ-dan ƏZƏLƏ NÜMAYİŞİ: seçkilərdən dərhal sonra nüvə raketini...
Tarix: 6-11-2024, 09:08
Baxılıb: 185
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-dan ƏZƏLƏ NÜMAYİŞİ: seçkilərdən dərhal sonra nüvə raketini...

6-11-2024, 09:08

ABŞ ordusu seçki məntəqələrinin bağlanmasından bir neçə saat sonra hipersəs nüvə raketini sınaqdan keçirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, söhbət "Minuteman III" qitələrarası ballistik raketindən gedir.
Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından verilən açıqlamadab qeyd edilib ki, buraxılış noyabrın 5-i Sakit okean vaxtı ilə 23:01-dən 6 noyabr 5:01-dək planlaşdırılıb.
Hərbçilərin dediyinə görə, sınaqın məqsədi, ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək və ölkənin nüvə qarşısının alınmasının öldürücülüyünə və effektivliyinə inamı təmin etməkdir. Hərbçilər buraxılışı "planlı" adlandırbılar. Deyiblər ki, sınaq seçkilərdən xeyli əvvəl planlaşdırılıb.
12 min km mənzilli və 36 ton ağırlığında olan "Minuteman III" ABŞ strateji nüvə qüvvələrinin silos əsaslı yeganə ICBM-dir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ