Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İLK DƏFƏ! “Taliban” nümayəndələri BAKIYA GƏLİR
İLK DƏFƏ! “Taliban” nümayəndələri BAKIYA GƏLİR

 “Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
Reportyor.tv-nin xəbərinə görə, Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə verdiyi açıqlamada bildirib ki, Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirak edəcək.
“Əfqanıstan hökumətinin (Taliban) nümayəndə heyəti Bakıda olacaq,” – deyə o qeyd edib.
Qeyd edək ki, gələn həftə başlayacaq konfransda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir. Dünya liderlərinin burada iqlim maliyyələşdirilməsi məsələsi ilə bağlı mühüm qərarlar qəbul edəcəyi gözlənilir.
Musavat.com

Şərhlər