Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » SON DƏQİQƏ: Rusiya Kiyevə “İsgəndər” raketi ATDI
SON DƏQİQƏ: Rusiya Kiyevə “İsgəndər” raketi ATDI

Rusiya Silahlı Qüvvələri Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə cavab olaraq, Kiyevdəki hədəflərə genişmiqyaslı zərbələr endirib.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində əvvəlcə Rusiya PUA-ları Ukraynanın hava hücumundan müdafiə sistemlərini yükləyib, daha sonra "X-101" qanadlı raketləri və "İskəndər" ballistik raketləri istifadə edilib.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, dronlar paytaxta müxtəlif istiqamətlərdən və hündürlüklərdən dalğalar şəklində hücum ediblər.
Ukrayna hava hücumundan müdafiə qüvvələri 30-dan çox Rusiya PUA-sını zərərsizləşdirdiklərini bildiriblər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti