Britaniyanın Ukraynaya “Storm Shadow” raketləri göndərməməsinin səbəbi məlum oldu
Tarix: 17-11-2024, 11:14
Baxılıb: 195
Google+ Paylaş
Tumblr Paylaş

Britaniyanın Ukraynaya “Storm Shadow” raketləri göndərməməsinin səbəbi məlum oldu

17-11-2024, 11:14

Böyük Britaniyanın Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli “Storm Shadow” raketlərinin tədarükünü dayandırması təchizat çatışmazlığı ilə bağlı ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Britaniya ordusunun komandanlığı çox güman ki, ölkənin müdafiəsi üçün vacib ehtiyatlar hesabına silah ötürmək istəmir.
Adı açıqlanmayan mənbələr qəzetə bildiriblər ki, London raketlərin ötürülməsinin Rusiya ərazisinə hücumlar üçün istifadə edilə bilməməsi səbəbindən səmərəsiz olması ilə bağlı mövqeyini ifadə edir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya Qərb silahları ilə zərbələr endirməsinə dair qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etdiyi açıqlanıb. ABŞ, bunun döyüşlərə məhdud təsir göstərəcəyini və münaqişənin gərginləşməsi riskinə dəyməyəcəyini bəyan edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ