Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Yunanıstan "S-300"lərini Ermənistana VERİR - Zaxarovadan TƏCİLİ AÇIQLAMA
Yunanıstan "S-300"lərini Ermənistana VERİR - Zaxarovadan TƏCİLİ AÇIQLAMA

Xəbər verdiyimiz kimiYunanıstanın hava hücumundan müdafiə (HHM) üçün istifadə etdiyi Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri və digər iki silah sistemi Ermənistana ötürüləcək.
Rewportyor.tv xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Yunanıstanın Ermənistana "S-300" raket sisteminin verilməsi barədə məlumatı şərh edib.
Zaxarova bildirib ki, Moskvaya Rusiya hərbi məhsullarının başqa ölkələrə təkrar ixracı ilə bağlı heç bir müraciət daxil olmayıb.
O, həmçinin, 30 oktyabr 1995-ci il tarixli ikitərəfli hökumətlərarası hərbi-texniki əməkdaşlıq haqqında sazişin və 3 dekabr 2013-cü il tarixli hərbi təyinatlı məhsulların tədarükü ilə bağlı sazişin maddələrinə tam riayət edilməsinin vacibliyini bir daha xatırladıb:
"Bu sazişlər açıq şəkildə Yunanıstana bizim tərəfimizdən verilmiş hərbi texnikanın Rusiyanın razılığı olmadan yenidən ixracını qadağan edir", — deyə Zaxarova vurğulayıb.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti