Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Müdafiə Nazirliyi: Ukrayna bombalayır və hücuma keçir
Müdafiə Nazirliyi: Ukrayna bombalayır və hücuma keçir

Ötən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində Ukraynanın 14 ATS-ni ələ keçirib və məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Dünən gecə Ukrayna tərəfindən Rusiya Federasiyası ərazisində yerləşən obyektlərə qarşı təyyarə tipli ATS-lərdən istifadə etməklə hücum cəhdinin qarşısı alınıb. Bryansk vilayətindəki zenit müdafiə bölmələri 14 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, - məlumatda deyilir.
Xatırladaq ki, Ukrayna ordusu müxtəlif üsullarla (o cümlədən ATS) mütəmadi olaraq Rusiyanın sərhəd rayonlarını, xüsusən də Belqorod, Bryansk, Kursk və Voronej rayonlarını bombalayır və hücuma keçir.

Şərhlər