Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ukrayna Qroznıya hücum etdi: Xüsusi təyinatlıların kazarması bombalandı - Kadırov hədələdi
Ukrayna Qroznıya hücum etdi: Xüsusi təyinatlıların kazarması bombalandı - Kadırov hədələdi

Qroznıda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarma binalarına pilotsuz təyyarə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
Onun sözlərinə görə, pilotsuz təyyarə saat 00:55-də vurulub. Dörd mühafizəçi yüngül xəsarət alıb.
“İHA havada partlayıb, dam örtüyünə çırpılıb və şüşəni sındırıb. Düşən fraqmentlər kiçik yanğına səbəb olub və yanğın tez bir zamanda söndürülüb”, - Kadırov bildirib.
Çeçenistan rəhbəri hücuma görə Ukraynanı ittiham edib və cəbhədə cavab veriləcəyi ilə hədələyib. Onun sözlərinə görə, Çeçenistan Respublikasından olan 84 min nəfərlik ehtiyat könüllü və bölmə döyüşçüləri birinci sifarişlə cəbhə xəttinə keçməyə hazırdır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti