Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İranda 3 il əvvəl həbs olunan fransızlara MOSSAD ittihamı
İranda 3 il əvvəl həbs olunan fransızlara MOSSAD ittihamı

İranda iğtişaşların təşkilinə görə həbs cəzası çəkən iki Fransa vətəndaşına qarşı İsrailin Mossad kəşfiyyat xidmətinə işləmək ittihamı irəli sürülüb.
Reportyor.tv xəbər verir ki, məlumatı həbs olunanların ailə üzvləri və diplomatik mənbələrə istinadən AFR agentliyi yayıb.
Sesil Koler və Jak Parinin "rejimi devirmək planı" və "yerlərdə korrupsiya fəaliyyəti" həyata keçirmək üçün İsraillə əməkdaşlıq etdikləri iddia olunur. “Bizə bu iddialar barədə məlumat verilib”, - deyə adı açıqlanmayan diplomat agentliyə ittihamları əsassız adlandırıb.

“Bizim bildiyimiz odur ki, onlar üç maddə üzrə ittihamları təsdiq edən hakim qarşısına çıxıblar”, - Sesil Kolerin bacısı bildirib.
Qeyd edək ki, Fransa vətəndaşları 2022-ci ilin mayında İranda saxlanılıblar. İranın Kəşfiyyat Nazirliyi onları müəllimlərin maaşlarının artırılması tələbi ilə keçirilən etiraz aksiyaları zamanı iğtişaşlar təşkil etməyə cəhddə ittiham edib.
Fransa Xarici İşlər Nazirliyi bildirir ki, İran hakimiyyəti konsulluq işçilərinin onlara baş çəkməsini nməhdudlaşdırır və onların dərhal azad edilməsini tələb edir.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti