BŞ-ı Rusiya yaradıb: Tramp-Putin görüşündə nə baş verib? - Dünya mətbuatı detalları yaydı
Tarix: Bu gün, 09:34
Baxılıb: 106
Google+ Paylaş
Tumblr Paylaş

BŞ-ı Rusiya yaradıb: Tramp-Putin görüşündə nə baş verib? - Dünya mətbuatı detalları yaydı

Bu gün, 09:34

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında təxminən bir saat davam edən telefon danışığı olduğu barədə məlumat vermişdik.
Reportyor.tv xəbər verir ki, artıq dünya mətbuatı bu danışığın təfərrüatlarını yayır. Bildirilir ki, Putin Ukrayna müharibəsinin necə davam edəcəyi ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.
ABŞ mətbuatının yazdığına görə, Putin açıq şəkildə bildirib ki, Rusiya “Ukraynadakı münaqişənin əsas səbəblərini aradan qaldırmaq məqsədinə nail olacaq” və “məqsədlərindən geri çəkilməyəcək ” .
Britaniyanın “Teleqraf” nəşrinin verdiyi xəbərə görə, Amerikanın 4 iyul Müstəqillik Gününü qeyd etməsindən bir gün əvvəl keçirilən görüşdə Rusiya lideri Trampı milli bayram münasibətilə təbrik edib. Putin ABŞ-ın yaranmasında Rusiyanın rol oynadığını iddia edib.
O, xüsusilə 250 il əvvəl Müstəqillik Müharibəsi və 160 il əvvəl başa çatan Vətəndaş Müharibəsi dövründə Rusiyanın Amerika dövlət strukturunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Trampın bu iddiaya necə cavab verdiyi və ya Putinin dəqiq nəyi nəzərdə tutduğu bəlli deyil, lakin tarixçi Pol Berinqer ABŞ və Rusiya arasında tarixi “məsafədə olan dostluq” haqqında yazıb:
“19-cu əsrdə Birləşmiş Ştatlar bütün qitədə genişləndikcə və Rusiya Alyaskada koloniyalar qurduqca, ABŞ Krım müharibəsində neytral qaldı. Amerika ictimaiyyətində Rusiyaya böyük rəğbət var idi. Rusiya ABŞ vətəndaş müharibəsi zamanı Şimal Konfederasiyasını dəstəklədi və 1867-ci ildə Alyaskanı 7,2 milyon dollara ABŞ-a satdı”. Britaniyanın “Express” qəzeti “Putin Ukrayna ilə bağlı xəbərdarlıq etdi, Tramp alçaldıldı” başlığı ilə əlavə edib ki, Putin Ukrayna ilə bağlı “məqsədlərindən geri çəkilmək niyyətində deyil” yazıb.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ