Şoyqu: Əsas vəzifəmiz Qarabağda qan tökülməsinin qarşısını almaqdır
Tarix: 21-11-2020, 12:12
Baxılıb: 168
Google+ Paylaş
Tumblr Paylaş

Şoyqu: Əsas vəzifəmiz Qarabağda qan tökülməsinin qarşısını almaqdır

21-11-2020, 12:12

Rusiyanın Ermənistanda səfərdə olan Müdafiə naziri Sergey Şoyqu baş nazir Nikol Paşinyanla görüşdə Prezident Vladimir Putinin onların qarşısına qoyduğu vəzifələrdən danışıb. O, Qarabağda sülhün bərqərar olması üçün çox iş görüləcəyini vurğulayıb.
Publika.az "Ria Novosti"yə istinadla xəbər verir ki, Şoyqu əsas vəzifənin Qarabağda qan tökülməsinin qarşısını almaq olduğunu vurğulayıb: “Biz bunu etmək niyyətində və əzmindəyik”.
Şoyqu deyib ki, biz əməkdaşlığımızı hərbi, hərbi-texniki xətt üzrə davam etdirməyi müzakirə edəcəyik: "Biz buraya böyük planla gəlmişik və onu gerçəkləşdirməyə ümid edirik".
O bildirib ki, rusiyalı sülhməramlılar praktik olaraq Qarabağın bütün ərazisində 23 müşahidə məntəqəsində yerləşib: "Xankəndinə gedən yolu, Laçın dəhlizini idarə edirik, oradan ayrılan qaçqınların geri dönməsini təmin edirik".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ