Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Tehran konfransında Stalin necə qorunub... - Onun üçün Bakıdan İrana su tankerləri gətirilib
Tehran konfransında Stalin necə qorunub... - Onun üçün Bakıdan İrana su tankerləri gətirilib

Rusiya Federal Təhlükəsizlik Xidməti ilk dəfə olaraq İosif Stalinin ilk xarici səfərinə hazırlıqla bağlı qurumun mərkəzi arxivindən məxfilikdən çıxarılan sənədləri dərc edib. Söhbət Sovet İttifaqı, ABŞ və Böyük Britaniya liderlərinin 1943-cü il noyabrın 28-də başlayan Tehran konfransından gedir.

Qeyd olunub ki, 1943-cü ilin noyabrına qədər İran paytaxtında vəziyyət sabitləşib. Həmin ilin avqustunda Britaniya və SSRİ əks-kəşfiyyatı Tehrandakı alman agentlərini məhv ediblər. Öncə ingilislər İranın paytaxtında sonuncu alman sakini olan obersturmfürer Frans Meyeri həbs edib. Daha sonra İran hökuməti Britaniya və sovet kəşfiyyatına əsaslanaraq, Almaniyaya rəbət bəsləyən yerli partiyanın üzvlərini saxlayıblar. 9 sentyabr 1943-cü ildə İran artıq faşist Almaniyasına müharibə elan edib.

Konfransın Tehranda keçirilməsi ilə bağlı yekun qərar 1943-cü il noyabrın 8-də qəbul edilib. SSRİ-nin daxili işlər komissarı Lavrenti Beriyanın və dövlət təhlükəsizliyi komissarı Vsevolod Merkulovun göstərişi ilə sovet nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək üçün bir qrup yüksək rütbəli təhlükəsizlik işçisi Tehrana yola düşüb. Bir ay ərzində onlar şəhərdəki mühüm yerləri izləyiblər, İngiltərə və Amerika səfirlikləri ilə tanış olublar.

İlk addım mühafizəçilər üçün yer seçmək olub. Məxfilikdən çıxarılan hesabatda qeyd edilib ki, bunun üçün iki variant olub: sovet səfirliyi və Tehrandan 14 km aralıda yerləşən Zərgənddəki daha böyük səfirlik binası. Səfirlik ona görə seçilib ki, məhəllədəki binaların heç birində istilik sistemi olmayıb və hələ 1943-cü ilin oktyabrında Zərgənddə səhərlər yüngül şaxtalar hökm sürüb.

Səfirin mənzilindəki uşaq otağı yatağa, yataq otağı ofisə, ofis isə qəbul otağına çevrilib, qonaq otağı və yeməkxana artıq mebel və bəzək əşyalarından təmizlənib. Birinci mərtəbə Stalini müşayiət edən şəxslər üçün ayrılıb. Digər müşayiət edən şəxslərin yerləşdirilməsi üçün keçmiş hərəm binasında 26 otaqlı yataqxanadan istifadə edilib. Çatışmayan çarpayılar, stol-stullar Tehrandakı mebel mağazalarından icarəyə götürülüb, yataq dəstləri isə Moskvadan gətirilib.

Eyni zamanda, binaların təmiri və konfransın keçirilməsi zamanı səfirliyin ərazisində yaşayan 126 nəfərdən ibarət 43 ailənin, o cümlədən 45 uşağın bir ay müddətinə başqa yerə köçürülməsi təklif edilib. Plana əsasən səfirlik parkından keçən yolda dörd kəskin döngənin düzəldilməsi, eni 6 metr və uzunluğu 200 metr olan yeni yolun salınması, parkın yol və cığırlarının abadlaşdırılması, parkın arxlarının təmizlənməsi, boş ərazilərə çim döşənməsi, həmçinin parkdakı beş su hövzəsinin təmiz və şirin su ilə doldurulması, səfirliyin həyətyanı divarının cənub hissəsində təmir işləri aparılması, parkın mərkəzi hissəsində və səfirliyin sərhəd divarı boyunca əlavə işıqlandırmanın quraşdırılması nəzərdə tutulub.

Konfransda əsas məsələlərdən biri səfirliyin su təchizatı olub. Səfirliyə su şəhərdən 12 km aralıda dağətəyi ərazilərdən yeraltı kanallar vasitəsilə verilib. Onların ümumi uzunluğu 20 km və 895 quyudan ibarət olub. Səfirliyə gedən yolda yerləşən 28 quyu şəxsi mülkiyyətdə yerləşib.
Odur ki, hər bir quyuda mühafizəçilər yerləşdirmək çətin olduğundan sovet səfirliyi Bakıdan iki tanker gətirməklə dağ bulaqlarından gündəlik su tədarükü təşkil edib.

Konfransda sovet nümayəndə heyətinin təhlükəsizliyinə başçılıq edən SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı 6-cı idarəsinin (hökumət təhlükəsizliyi) rəis müavini Dmitri Şadrinin yazılarında deyilir ki, Stalinin 1943-cü il noyabrın 26-da Bakıdan təyyarə ilə gəldiyi aerodrom təkcə kordonla deyil, həm də 6 zenit qurğusu ilə mühafizə olunub; amerikalıların binada gecə-gündüz on mühafizəçisi, binanın yaxınlığında isə daha beş mühafizəçisi yerləşdirilib.

Amerika nümayəndə heyəti üç ölkənin təhlükəsizlik rəhbərləri tərəfindən imzalanan və möhürlənən vəsiqələrlə əsas darvazadan sovet səfirliyinin ərazisinə daxil ola bilib. Səfirliyin kommunal qapısından daxil olan Britaniya nümayəndə heyəti üçün də eyni prosedur həyata keçirilib. Stalin şah sarayına gələndə sarayın ətrafında və içərisində, əsas girişdən şah dəftərxanasına qədər sovet mühafizə postları qurulub. Stalinin Britaniya səfirliyinə səfəri zamanı da eyni təhlükəsizlik tədbirləri həyata keçirilib.
Şadrinin məruzəsində Tehran konfransının ən diqqət çəkən məqamlarından biri də yer alıb. 1943-cü il dekabrın 1-də SSRİ səfirliyinin iclas zalında İngiltərənin baş naziri Uinston Çörçill Stalinqradın müdafiəçiləri üçün İngiltərə kralının adından Stalinə qılınc təqdim edib. Təqdimat mərasimində konfransda iştirak edən üç ölkənin hərbi qulluqçularının fəxri qarovul dəstəsi düzülüb, xüsusi vəsiqələri olan fotoqraflar dəvət olunub, britaniyalı hərbçi qılıncı sovet zabitinə təqdim edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Şərhlər