Rusiya Azərbaycanlı bağlı məhdudiyyəti ləğv elədi
Tarix: 20-12-2020, 11:01
Baxılıb: 535
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya Azərbaycanlı bağlı məhdudiyyəti ləğv elədi

20-12-2020, 11:01

Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti aradan qaldırdı.
Dekabrın 21-dən etibarən “TurAz” MMC, “Ran Fruit”, “Əsədov Vaqif” müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir.
Bu icazənin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş müvafiq fitosanitar nəzarətin artırılması, habelə monitorinqin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verildiyi bildirilir.
Sadalanan müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər.
Xatırladaq ki, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyulmuşdu.(Report)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ