Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiya bu bölgədə hərbi əməliyyata başlayır
Rusiya bu bölgədə hərbi əməliyyata başlayır

Rusiyanın Mərkəzi Afrika Respublikasında artan təhlükəsizlik problemlərinin həll edilməsinə dəstək olmaq və bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə yeni hərbi əməliyyata başlayacağı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə rus mediası yazıb.
Bu məqsədlə Rusiya Mərkəzi Afrika Respublikasının rəsmiləri ilə danışıqlar aparır. Bildirilib ki, rusiyalı rəsmilər ölkənin hərbi təyyarələrinin üsyançıların əleyhinə hava dəstəyi təmin etməsinə icazə vermək üçün danışıqlara başlayıb.
Qeyd edək ki, bundan əvvəl də təxminən 80 faizi silahlı qrupların nəzarətində olan ölkədə dəyişiklik üçün "Vətənpərvərlər" koalisiyasının ətrafına toplanan üsyançı qruplar paytaxt Banqini ələ keçirmək məqsədilə hücuma başlamışdı. O zaman da Rusiya Mərkəzi Afrika Respublikasına yardım etmişdi.
reportyor.tv

Şərhlər