Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Makron Fransanın Aİ Şurasının sədri kimi planlarından danışıb
Makron Fransanın Aİ Şurasının sədri kimi planlarından danışıb

2022-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasının sədri olan Fransa Avropanın suverenliyini gücləndirmək niyyətindədir.
APA “France 24”-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Yeni il müraciətində deyib.
Fransa liderinin fikrincə, suveren Avropa “sərhədlərinə nəzarət edə” bilən Avropadır.
Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqının şərq sərhədindəki böhran onun ərazilərini müdafiə etməyin nə qədər vacib olduğunu nümayiş etdirib.
Bununla bağlı Makron vurğulayıb ki, sərhəd mühafizəsi avropalıların təhlükəsizliyinin təmin edilməsi və miqrasiya çağırışını qəbul etmək üçün əsas prioritet və şərtdir.
Fransa rəhbəri hesab edir ki, digər məsələlərlə yanaşı, bu, yüksək gərginlik və hibrid müharibələr vəziyyətlərinin yaranmasının qarşısını alacaq.

Şərhlər