Rusiya sülhməramlıları Almatı aeroportuna nəzarəti ələ aldı
Tarix: 7-01-2022, 14:05
Baxılıb: 526
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya sülhməramlıları Almatı aeroportuna nəzarəti ələ aldı

7-01-2022, 14:05

Rusiya sülhməramlıları Qazaxıstanın təhlükəsizlik qüvvələri ilə birlikdə Almatı hava limanına nəzarətin ələ alınmasını təmin edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə məlumat yayıb.
“Rusiyadan Qazaxıstan Respublikasına paraşütçülər göndərilib. Onların daşınması üçün müdafiə idarəsi 70-dən çox İl-76 və An-124 təyyarələrindən istifadə edib. Rusiya sülhməramlıları inzibati binaları qoruyur və yerli hərbçilərə asayişi qorumağa kömək edir”- məlumatda yer alıb.
Qeyd edək ki, Qazaxıstanda KTMT sülhməramlı qüvvələrinin fəaliyyətinə rəhbərlik etmək üçün Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov təyin edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ