Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Keçmiş bankirdən ŞOK İDDİA: "Qazaxıstandakı etirazların lideri mənəm" - FOTO
Keçmiş bankirdən ŞOK İDDİA: "Qazaxıstandakı etirazların lideri mənəm" - FOTO

Qazaxıstanda qiyabi məhkum olunmuş keçmiş bankir Muxtar Ablyazov özünü ölkədə müxalifət və etirazların lideri adlandırıb.
Publika.azxəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qaçaq qazax bankirin sözlərinə görə, Almatıdakı etirazçılar ondan hər gün necə davam edəcəklərini soruşurmuşlar. 
Ablyazov bildirib ki, etirazın “düzgün əhatə dairəsinə çatması” şərti ilə Qazaxıstana qayıtmağa və “müvəqqəti hökumətə” rəhbərlik etməyə hazırdır. 
O, etirazları əlaqələndirmək və idarə etmək üçün Qərbdən vəsait almadığını da vurğulayıb.
Qeyd edək ki, Muxtar Ablyazov Qazaxıstanın “Bank Turan Alem” (BTA) bankının sahibi və Direktorlar Şurasının sədri olub. Ablyazov Qazaxıstanda qiyabi ömürlük həbs cəzasına məhkum edilib, Rusiyada da qiyabi məhkum edilib. O, hazırda Parisdə yaşayır. 2010-cu ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Muxtar Ablyazovu qiyabi olaraq 4,5 milyard dollarlıq kreditlərin verilməsi ilə bağlı dələduzluqda ittiham edib. 2011-ci ildə Qazaxıstan Baş Prokurorluğu iş adamının ekstradisiyası üçün Böyük Britaniyaya sorğu göndərib, lakin o, siyasi sığınacaq alıb.

Şərhlər