Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Norveç uzun illər istifadə etdiyi qırıcıları ən müasirləri ilə əvəzləyib
Norveç uzun illər istifadə etdiyi qırıcıları ən müasirləri ilə əvəzləyib

Norveç Kral Hərbi Hava Qüvvələri (HHQ) uzun illər istifadə etdiyi “Lockheed Martin F-16” qırıcılarını “Lockheed Martin F-35 Lightning II” tipli təyyarələrlə əvəzləyib.
AZƏRTAC xəbər verir ki, yeni təyyarələr 2022-ci ildən rəsmi olaraq Norveç hərbi aviasiyasının əsas qırıcıları kimi silahlanmaya daxil edilib.
Norveç Kral Hərbi Hava Qüvvələrinin yaydığı məlumata əsasən, 1980-ci ildən bəri HHQ-nin sərəncamında olan “F-16 AM/BM” tipli 57 təyyarə bundan sonra istifadədən çıxarılacaq və “F-35A” ilə əvəzlənəcək.
Bu ölkə 2015-ci ildə əvvəlcədən sifariş etdiyi 52 ədəd “F-35” təyyarəsinin ilk partiyasını təhvil almağa başlayıb. Sonuncu təyyarənin 2025-ci ildə çatdırılması planlaşdırılır.
Yeni təyyarələrdən artıq fəal istifadə olunur. Silahlı qüvvələrə məxsus iki “F-35A” qırıcısı hazırlıq və çevik reaksiya tapşırıqlarını yerinə yetirir.

Şərhlər