Qazaxıstandan Rusiya vətəndaşlarını təxliyə edən ilk 3 təyyarə Moskvaya uçub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının nümayəndəsi məlumat verib.
“Artıq ilk 3 təyyarə Moskvaya uçub” - nümayəndə bildirib.
Həmçinin, Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının Qazaxıstandan uçuşlar üçün 1600 müraciətini qeydə alıb.
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.
“Bu günə olan məlumata görə, Rusiyaya qayıtmaq üçün təxliyə təyyarələrindən istifadə etmək arzusunda olan ümumilikdə 1600-ə yaxın vətəndaş qeydiyyatdan keçib” - Zaxarova qeyd edib.