Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran XİN başçısı əfqanıstanlı həmkarı ilə görüşüb
İran XİN başçısı əfqanıstanlı həmkarı ilə görüşüb

“ABŞ-ın siyasəti ixtilaf yaratmaqdır”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Taliban”ın xarici işlər naziri Əmirxan Muttaki ilə görüşündə deyib. İranlı nazir bildirib ki, Əfqanıstan və qonşu ölkələr arasında ixtilaf yaratmaq ABŞ-ın regionda əsas siyasətlərindən biridir.
ABŞ-ın Əfqanıstana humanitar yardımlar etməsi və Əfqanıstan xalqının iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yardım etməsinin zərurətindən danışan H.Ə.Abdullahiyan bildirib ki, ABŞ Əfqanıstanın pul ehtiyatlarına qoyduğu həbsi aradan qaldırmalıdır.
“Taliban”ın xarici işlər naziri Ə.Muttaki öz növbəsində bildirib ki, ABŞ utancverici məğlubiyyətlə Əfqanıstanı tərk etsə də, bu ölkənin xalqına qarşı öz siyasətlərini davam etdirir: “ABŞ-ın bu siyasətləri nəticəsindədir ki, Əfqanıstan xalqının 80 faizi hazırda yoxsulluq səviyyəsindən aşağı yaşayırlar”.

Şərhlər