Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putindən Qazaxıstanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: İmkan verməyəcəyik! - VİDEO
Putindən Qazaxıstanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: İmkan verməyəcəyik! - VİDEO

Video əlavə olunub.

Qazaxıstan öz dövlətçiliyi üçün təhlükə ilə üz-üzədir.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
“Qazaxıstandakı vəziyyət hamımızı narahat edir. Qazaxıstana hücum təcavüz aktıdır, buna gecikmədən reaksiya vermək lazım idi”, - Putin bildirib.
O bildirib ki, öz funksiyalarını yerin yetirdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstandan çıxarılacaq.
Putin qeyd edib ki, sülhməramlı kontingent məhdud müddət ərzində Qazaxıstanda qalacaq: "Qazaxıstana təhdid etiraz aksiyaları ilə deyil, əlinə silah alanlar tərəfindən yarandı. Qazaxıstan beynəlxalq terrorçuluqla üz-üzə qaldı", - deyə o bildirib.
Putin sözlərinə belə davam edib: "Əminəm ki, ən qısa zamanda Qazaxıstanda vəziyyət stabilləşəcək. Qazaxıstandakı hadisələr kənar müdaxilələrin nə ilk, nə də son nümunəsidir. Amma biz evimizdə vəziyyəti dəyişməyi, rəngli inqilab ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyimizi göstərdik"

Şərhlər