Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ Dövlət Departamenti sərhəddəki insidentdən narahatdır
ABŞ Dövlət Departamenti sərhəddəki insidentdən narahatdır

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan qüvvələri arasında sərhəddə baş verən insident barədə məlumatlardan narahatlığını ifadə edib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə Bürosunun "Twitter" səhifəsində deyilir.
"Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insident barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı veririk", - deyə məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Şərhlər