Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » 19 təyyarə rus hərbçilərini Qazaxıstandan çıxardı
19 təyyarə rus hərbçilərini Qazaxıstandan çıxardı

Qazaxıstanda missiyalarını yerinə yetirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarından ibarət 19 təyyarə “Çkalovski” aerodromuna enib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya desantlarının olduğu Rusiya Aerokosmik Qüvvələrinin 19 təyyarəsi (18 İl-76 və 1 ədəd An-124 “Ruslan” təyyarəsi) Qazaxıstandan Moskva yaxınlığındakı “Çkalovski” aerodromuna eniş edib.
Qeyd edək ki, ötən gün sülhməramlı kontingentin bir hissəsi Qazaxıstandan Rusiyaya qayıdıb. Onların gətirilməsində 15 İl-76 və 3 ədəd An-124 təyyarələri iştirak edib.

Şərhlər