Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Almatıdakı hadisələr zamanı etirazçılar 1347 ədəd silah ələ keçiriblər-Yerli polis
Almatıdakı hadisələr zamanı etirazçılar 1347 ədəd silah ələ keçiriblər-Yerli polis

Qazaxıstanın Almatı şəhərinin rəisi Kanat Taymerdenov kütləvi iğtişaşlar zamanı 1,3 min ədəddən çox silahın mülki insanlar tərəfindən ələ keçirildiyini bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “tengrinews.kz” saytı məlumat yayıb.
“İğtişaşlarda iştirak edənlər 1347 ədəd silah, o cümlədən 501 yivli, 807 yivsiz, 39 qaz-travmatik tüfəng oğurlayıblar”,-deyə o, televiziyada canlı yayımda söyləyib.
Taymerdenovun iddiasına görə, hadisələr zamanı etirazçılar şəhər morquna 7 dəfə hücum edib və oradan ən az 40 cəsədi götürüblər.
“Onlar öldürülənləri və yaralıları da özləri ilə aparıblar”,-deyə o qeyd edib.

Şərhlər