Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Nikol Paşinyan Türkiyəyə SƏFƏR EDƏCƏK
Nikol Paşinyan Türkiyəyə SƏFƏR EDƏCƏK

Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın mart ayında Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.
reportyor.tv xəbər verir ki, bu barədə "A Haber” telekanalı məlumat yayıb.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktay Ermənistanın baş nazirinin gələn ay Türkiyəyə səfər edəcəyini bildirib. “Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - Fuat Oktay vurğulayıb.
Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub. ("Report")

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti