Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ-dan qəti MÖVQE - Ukrayna Finlandiya kimi OLA BİLƏRMİ?
ABŞ-dan qəti MÖVQE - Ukrayna Finlandiya kimi OLA BİLƏRMİ?

“Birləşmiş Ştatlar Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü barədə istənilən qərarını dəstəkləyəcək”.

reportyor.tv xəbər verir ki, bu sözlər ABŞ dövlət katibinin müavini Vendi Şerman tərəfindən Ukraynanın “Ukrainskaya pravda” portalına verdiiy müsahibədə səsləndirilib.

“Bu qərar ABŞ tərəfindən verilə bilməz. Burada söz sahibi, öz müqədərratını həll edəcək Ukrayna xalqıdır. Bu, sizin seçiminzdir. Biz isə onun və hökumətin istənilən mövqeyini dəstəkləyəcəyik”, - deyə ABŞ rəsmisi bildirib.

Vendi Şerman rəsmi Vaşinqtonun Ukraynadan xəbərsiz heç bir addım atmayacağını bildirib.

“Prezident Bayden, dövlət katibi Blinken və şəxsən özüm rusiyalı həmkarlarımızla Cenevrədə və Brüsseldə keçirilən görüş zamanı bunu onların diqqətlərinə çatdırmışıq”, - deyə Vendi Şerman dövlətinin mövqeyini ifadə edib.

Qeyd etmək lazımdır ki, Rusiya rəsmiləri Qərb dilomatları ilə müzakirələrdə Ukraynaya II dünya müharibəsindən sonra Finlandiyaya verilən statusun bənzərinin tətbiq olunmasını tələb edirlər. Buna görə Ukrayna dövlətinin NATO-ya üzvlük barədə müraciəti rədd olunmalıdır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti