Putinin xüsusi nümayəndəsi istefa verib ailəsi ilə birlikdə İstanbula getdi
Tarix: 23-03-2022, 20:43
Baxılıb: 490
Google+ Paylaş
Tumblr Paylaş

Putinin xüsusi nümayəndəsi istefa verib ailəsi ilə birlikdə İstanbula getdi

23-03-2022, 20:43

Anatoli Çubays davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini tərk edib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.
Onun Rusiyanı tərk etdiyi deyilir.
TASS-dakı mənbə məmurun getdiyini təsdiqləyir.

Təsdiqlənməmiş məlumatlara görə, Anatoli Çubays İstanbuldadır. Ehtimal ki, həyat yoldaşı Avdotya Smirnova da onunladır.
Həmçinin onun xanımın rəfiqəsi də məlumatı təsdiqləyib.
Bundan əvvəl Kremldə və Rusiya Federasiyası hökumətində yüksək vəzifələrdə çalışmış Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib. (oxu.az)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ