Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Şri-Lankada "Aeroflot"un təyyarəsi həbs edildi
Şri-Lankada "Aeroflot"un təyyarəsi həbs edildi

Kolombo kommersiya məhkəməsi "Aeroflot" aviaşirkətinə məxsus "Airbus A330" sərnişin təyyarəsini həbs edib. Məhkəmənin qərarına əsasən, təyyarənin Şri-Lankadan uçması qadağan edilib.
reportyor.tv xəbər verir ki, bu barədə "NewsFirst" məlumat yayıb.
Rusiya təyyarəsi Celestial Aviation Trading Limited şirkətinin şikayəti əsasında saxlanılıb. Еəyyarəni "Aeroflot"a icarəyə verən də eyni şirkətdir.

Təyyarədəki həbs iyunun 16-dək qüvvədədir. Həbs səbəbindən “Aeroflot” "Airbus A330" təyyarəsi ilə Kolombodan Moskvaya geri dönüş uçuşunu həyata keçirə bilməyib.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası Rusiyanın 21 aviaşirkətinə, o cümlədən “Aeroflot”a Aİ ölkələrinə uçuşlara qadağa qoyub.

Şərhlər