Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya... - Generaldan ŞOK
İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya... - Generaldan ŞOK

İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Baltik dənizindəki mövqeyini zəiflədəcək.
reportyor.tv xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.
O bildirib ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya sahil zolağının yalnız kiçik bir hissəsini nəzarətdə saxlayacaq - Sankt-Peterburq və Kalininqrad ətrafında. 
“Sahilin qalan hissəsi Alyansın nəzarətində qalacaq ki, bu da hərbi-siyasi blokun mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Baltik strateji baxımdan çox vacibdir, o, dünyanın ən böyük dəniz yollarından biridir”, - ABŞ generalı bildirib.
Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Həmin gün Alyansın səfirləri Skandinaviya ölkələrinin hərbi-siyasi bloka qoşulması ilə bağlı danışıqlara başlamaq üçün bir araya gəliblər.

Şərhlər