Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Abramoviç ABŞ-ın HƏDƏFİNDƏ: iki təyyarə həbs edildi
Abramoviç ABŞ-ın HƏDƏFİNDƏ: iki təyyarə həbs edildi

Nyu-Yorkun federal hakimi ABŞ Ədliyyə Nazirliyinin rusiyalı iş adamı Roman Abramoviçin iki təyyarəsinin həbsinə icazə verən order imzalayıb.
reportyor.tv xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Telekanalın məlumatına görə, söhbət Abramoviçin "Boeing 787-8 Dreamline"r və "Gulfstream G650ER" təyyarələrindən gedir.
Məhkəmə sənədlərinə görə, "Boeing 787-8 Dreamliner" Dubayda, "Gulfstream G650ER" isə Rusiyadadır.
ABŞ hələlik Roman Abramoviçi sanksiyalar siyahısına daxil etməyib, lakin mart ayında ABŞ-ın maliyyə naziri Jeannette Yellen CNBC telekanalına müsahibəsində rusiyalı sahibkara məhdudiyyətlərin tətbiqini istisna etmədiyini bildirib.
Martın 10-da Roman Abramoviç Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib. Martın 15-də Avropa İttifaqı sahibkara qarşı məhdudiyyətlər tətbiq edib.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti