
Şənbə günü Honq-Konqdan təxminən 300 kilometr cənub-qərbdə dənizdə tayfun zamanı Çin texniki gəmisinin batması nəticəsində ən azı on iki nəfər həlak olub.
reportyor.tv xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildiirlib ki, xilasedicilər bazar ertəsi bir nəfəri, şənbə günü isə daha üç nəfəri sağ tapıblar. Gəmidə ümumilikdə 30 nəfər olub.
Dənizdə külək turbinlərinin tikintisi üçün "Fu-jing 001" kran gəmisindən istifadə edilib. Gəmi lövbər salıb, lakin tayfun zamanı hərəkət etməyə başlayıb və zənciri qırıb.
Gəminin gövdəsi də zədələnib, qırılıb dibinə batıb. Çin rəsmilərinin bildirdiyinə görə, qəza zamanı gəmi tayfunun mərkəzinə yaxın yerləşib və bu, xilasetmə əməliyyatını çətinləşdirib.
Şənbə günü Honq-Konqdan qəza yerinə iki təyyarə və dörd helikopter göndərilib. Əməliyyat bazar ertəsi yeddi təyyarə, həmçinin 246 qayıq və 500-ə yaxın balıqçı qayığının iştirakı ilə davam edib, lakin səlahiyyətlilərə görə itkin düşənləri xilas etmək şansı azdır.





Şərhlər