Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Yalnız birgə səylərlə... - Türkdilli Kəşfiyyatçıların Konfransı
Yalnız birgə səylərlə... - Türkdilli Kəşfiyyatçıların Konfransı

u platformanın mənalı və konstruktiv müzakirələri türk dünyasının təhlükəsizliyinə mühüm töhfə verəcək.
reportyor.tv xəbər verir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Türkdilli Ölkələrin Xüsusi Xidmət Orqanlarının 24-cü TÜRKON Konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə deyib.
“Yeni dövr problemlərin həlli, çağırış və təhdidlərin aradan qaldırılması üçün yeni yanaşmalar tələb edir. Aydındır ki, bu təhdid və çağırışlarla mübarizədə mühüm nəticələrə nail olmaq yalnız ardıcıl və sistemli iş, birgə və əlaqələndirilmiş səylərlə mümkündür”, - Japarov bildirib.
Qeyd edək ki, TÜRKON 20 may 1998-ci ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xüsusi xidmət orqanları tərəfindən təsis edilib. Özbəkistan TÜRKON-a 2018-ci ildə qoşulub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti