Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Dünyanın ən böyük lift istehsalçısı Rusiyanı tərk edir
Dünyanın ən böyük lift istehsalçısı Rusiyanı tərk edir

Dünyanın ən böyük qaldırıcı avadanlıqları istehsal edən Amerika şirkəti “Otis” Rusiyadakı biznesini satmaq qərarına gəlib.
reportyor.tv xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
“Otis” biznesin 100%-ni “Ice Devlopment” şirkətinə satacaq.
“Şərqi Avropada davam edən böhranın və humanitar faciənin qlobal təsirlərini və nəticələrini, o cümlədən tədarük zəncirinin kəsilməsini və qaydaların sərtləşdirilməsini diqqətlə araşdırdıqdan sonra belə qənaətə gəldik ki, “Otis”in Rusiyadakı biznesimizə sahibliyi artıq dayanıqlı deyil”, - deyə bəyanatda bildirilir.
Müqavilənin tezliklə bağlanacağı gözlənilir.  
“Biz regionda sülh və sabitliyin bərpasını səbirsizliklə gözləyirik. Ukraynaya yardım və humanitar səylərə töhfə verməyə davam edəcəyik”, - məlumatda qeyd olunub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti