Ukrayna kəşfiyyatı: “İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək”
Tarix: 2-11-2022, 00:33
Baxılıb: 165
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna kəşfiyyatı: “İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək”

2-11-2022, 00:33

Noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox “Şahed-136”, “Mohajer-6” və “Arash-2” döyüş PUA-ları göndərməyi planlaşdırır.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
“Məlumdur ki, PUA-lar Xəzər dənizi vasitəsilə Həştərxan limanına çatdırılacaq. Pilotsuz uçuş aparatları sökülmüş vəziyyətdə gətiriləcək. Gələcəkdə onlar Rusiya Federasiyasının ərazisində yığılacaq və Rusiya işarələri ilə yenidən rənglənəcək”, - deyə idarədən bildirilib.
Hesabatda qeyd olunub ki, sentyabrın 13-də rusiyalı hərbçilər İranın kamikadze dronlarını Ukraynaya qarşı ilk dəfə istifadə etdikdən sonra Ukrayna Müdafiə Qüvvələri 300-dən çox belə PUA-nı vurub.
Bundan əlavə, İranın Rusiyaya yüksək dəqiqlikli raketlər, eləcə də gülləkeçirməz jiletlər verəcəyi barədə də məlumatlar var.//Oxu.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ