İki nazir Putinlə görüşdə ZÜLMƏTƏ QƏRQ OLDU
Tarix: 3-11-2022, 23:32
Baxılıb: 194
Google+ Paylaş
Tumblr Paylaş

İki nazir Putinlə görüşdə ZÜLMƏTƏ QƏRQ OLDU

3-11-2022, 23:32

Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı hökumətin iki üzvü - baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov və İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov "Moskva Siti"nin bir hissəsində elektrik enerjisinin kəsilməsi səbəbindən işıqsız qalıblar.
Publika.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
İclasın yayımından məlum olub ki, iş otağında elektrik enerjisi verildikdən sonra Reşetnikova söz verilib. Putin problemlərə də diqqət çəkib.
"Ümid edirəm ki, kompleksinizdə aparılan təmir işləri sizin hesabat verməyinizə mane olmayacaq”, - dövlət başçısı Reşetnikova irad tutub.
Bundan əvvəl xəbər verilmişdi ki, “Moskva Siti” biznes mərkəzinin İQ kvartalının üç qülləsi enerjisiz qalıb.
İnsanlar təcili olaraq qüllələrdən təxliyə edilib. IQ kvartalında bir neçə dövlət qurumuna - Rusiya Xəzinədarlığına, Rəqəmsal İnkişaf Nazirliyinə, Sənaye və Ticarət Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə məxsus binalar yerləşir.
Binaların yaxınlığında həkim və xilasedicilərin maşınları növbə çəkir.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ