NATO-dan KRİTİK AÇIQLAMA: "Bu baş versə, münaqişənin mahiyyəti dəyişəcək"
Tarix: 5-11-2022, 22:21
Baxılıb: 87
Google+ Paylaş
Tumblr Paylaş

NATO-dan KRİTİK AÇIQLAMA: "Bu baş versə, münaqişənin mahiyyəti dəyişəcək"

5-11-2022, 22:21

"NATO-ya üzv ölkələr Ukraynaya hərbi və iqtisadi dəstək verir, onun mübarizəsinə töhfə verir, onun müdafiə hüququndan istifadə etməsini təmin edir".
Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "TRT Haber" telekanalına müsahibəsində deyib .
"İndi Ukraynada Rusiya Prezidenti Vladimir Putinin başqa ölkəni işğal etmək qərarından sonra başlayan müharibə gedir. Biz Ukraynaya hərbi və iqtisadi dəstəyimizi veririk. Biz Ukraynanın rusların bu hücumundan müdafiə hüququndan istifadə etməsini təmin edirik”, - Stoltenberq bildirib.
Rusiyanın nüvə silahından istifadə ilə bağlı hədələrinə gəlincə, NATO-nun baş katibi bildirib ki, bu, baş verməməlidir.
“Bizim gördüyümüz budur: hazırda Rusiya liderləri və Putin xüsusilə təhlükəli nüvə ritorikası nümayiş etdirirlər. Biz həmişə deyirik ki, nüvə müharibəsində qalib yoxdur. Ona görə də nüvə müharibəsi olmamalıdır... Əgər ondan (nüvə silahı - red.) istifadə olunarsa, münaqişənin mahiyyəti dəyişəcək. Bu kontekstdə beynəlxalq ictimaiyyət özünü çox açıq şəkildə ifadə etdi. Nüvə silahı heç vaxt istifadə edilə bilməz”, - Stoltenberq bildirib.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ