Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Polşa Kadırovun “sağ əli”nə sanksiya tətbiq etdi
Polşa Kadırovun “sağ əli”nə sanksiya tətbiq etdi

“Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, "Luqansk Xalq Respublikası"nın xalq milislərinin 2-ci ordu korpusunun komandir müavini Aptı Alaudinovun adı Polşanın sanksiya siyahısına salınıb.
reportyor.tv xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Alaudinov ölkədə arzuolunmaz şəxsdir və aşkar edilərsə, onun aktivləri dondurulacaq.
“Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri həmçinin, Britaniyanın sanksiyaları altındadır, lakin Aİ-nin sanksiya siyahısına daxil edilməyib.
Sentyabrın 15-də ABŞ-ın Çeçenistan rəhbəri Ramzan Kadırov və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etdiyi məlum olub.
Kadırov özü bildirib ki, Qərb ölkələrinin ona qarşı tətbiq etdiyi sanksiyaların sayına əsasən, o, Ginnesin Rekordlar Kitabına düşdüyünü iddia edə bilər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti