Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Polşaya iki raket düşdü, təhlükəsizlik komitəsi TƏCİLİ TOPLANDI - ÖLƏNLƏR VAR
Polşaya iki raket düşdü, təhlükəsizlik komitəsi TƏCİLİ TOPLANDI - ÖLƏNLƏR VAR

Polşa mətbuatında noyabrın 15-i çərşənbə axşamının ikinci yarısında ölkə ərazisinə iki raketin düşməsi barədə məlumatlar yayılıb.
reportyor.tv xəbər verir ki, məlumat Rusiyanın Ukraynaya iri raket hücumu başa çatdıqdan az sonra ortaya çıxıb.
Bildirilib ki, raketlər vilayət paytaxtı Lyublin şəhərindən bir qədər də uzaq olmayan Lyublin voyevodalığının Prjevodov kəndi ərazisinə düşüb.
İki nəfərin ölümü ilə bağlı rəsmi təsdiqlənməmiş məlumatlar da var - xüsusən də bu cür məlumat "Radio ZET" tərəfindən verilir.
Polşa baş nazirinin ofisi Mateusz Moravieckinin hökumətin təhlükəsizlik və müdafiə komitəsinin təcili iclasını çağırdığını bildirib. Lakin görüşün mövzusu açıqlanmayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti