Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putin dünya səhnəsində mövqelərini itirir: Moskvanı tərk edərsə...
Putin dünya səhnəsində mövqelərini itirir: Moskvanı tərk edərsə...

Nəşr qeyd edir ki, Putin ikinci plana keçir. Bundan əlavə, Rusiya prezidenti özü də Ukraynadakı müharibəyə görə ciddi şəkildə pisləndiyi Asiya sammitlərinə qatılmaqdan imtina edib. Bununla yanaşı, dünyada Rusiyanın başlatdığı müharibə ilə bağlı narazılıqlar artmaqda davam edir.
“Son doqquz ayda Ukraynaya hücumu bir Avropa ölkəsini viran qoyan və qlobal iqtisadiyyatı çökdürən Putin hər hansı diplomatik toplantılara qatılmaqdan imtina etdi. Bunun əvəzində o, qınaq obyektinə çevrildi”, - nəşr qeyd edib.
“Karnegi” fondunun baş elmi işçisi Aleksandr Qabuev hesab edir ki, Putinin sammitlərə getməmək qərarına təsir edən səbəblər arasında onun paytaxtı tərk edəcəyi təqdirdə avtokrata qarşı mümkün siyasi manevrlər qorxusu, şəxsi təhlükəsizlik vəsvəsəsi və digər səbəblər var.
Reportyor.tv



Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti