Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » London elan etdi: İranın bu barbarlığı cavabsız qalmayacaq!
London elan etdi: İranın bu barbarlığı cavabsız qalmayacaq!

Britaniya hakimiyyəti İranın keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərinin edamını pisləyib.
reportyor.tv xəbər verir ki, o, vətənində Britaniyaya casusluq etməkdə təqsirli bilinib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu münasibətlə deyib: “Bu barbar hərəkət cavabsız qalmayacaq”.
Tehranın hərəkətlərini baş nazir Rişi Sunak da pisləyib.
Əkbərinin ikili vətəndaşlığı var idi: İran və Britaniya. 61 yaşlı keçmiş məmur İranın milli təhlükəsizliyinə təsir edən məxfi məlumatları Britaniya kəşfiyyatına ötürməkdə təqsirli bilinib.
O, Məhəmməd Hatəminin prezidentliyi dövründə, yəni 1997-2005-ci illərdə müdafiə idarəsinin rəis müavini olub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti