Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İordaniya və ABŞ arasında F-16 müqaviləsi
İordaniya və ABŞ arasında F-16 müqaviləsi

İordaniya ilə ABŞ arasında F-16-ların alınması ilə bağlı müqavilə imzalanıb. Sözügedən razılaşma ilə İordaniya ilkin olaraq ABŞ-dan 12 ədəd F-16 döyüş təyyarəsi alacaq.
Reportyor.tv xəbər verir ki, İordaniya Baş qərargah rəisinin müavini, briqada generalı Abdullah Şdeifat və Hərbi Hava Qüvvələri komandanı Məhəmməd Fəthi Hiyasət və ABŞ -ın Ammandakı səfirinin müavini Rohit Nepal paytaxt Ammanda İordaniya Kral Hərbi Hava Qüvvələri (RJAF) Komandanlığında imzalanma mərasimində iştirak ediblər.
Bildirilib ki, saziş iki ölkə arasında birgə əməkdaşlığı gücləndirmək, terrorizmlə mübarizə və sabitliyin artırılması, İordaniyanın müdafiə qabiliyyətinin, hərbi çəkindirmə və müharibəyə hazırlıq səviyyəsinin yüksəldilməsi, ABŞ ilə birgə əməliyyatların aparılması üçün birgə səylərin gücləndirilməsidir.

Şərhlər