Yaponiya XİN-dən Ukrayna açıqlaması: Atom elektrik stansiyasının...
Tarix: 23-01-2023, 10:42
Baxılıb: 54
Google+ Paylaş
Tumblr Paylaş

Yaponiya XİN-dən Ukrayna açıqlaması: Atom elektrik stansiyasının...

23-01-2023, 10:42

Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, Yaponiya hökuməti Ukraynaya 262 generator tədarük edib.
Publika.az xəbər verir ki, bu barədə Yaponiya XİN -in rəsmi saytında məlumat yayılıb.
“Ukraynada infrastrukturun dağıdılması səbəbindən hər yerdə elektrik enerjisinin verilişində böyük fasilələr yaranır. Yaponiya hökuməti çətin soyuq qışı yaşayan Ukrayna xalqının həyatını qorumaq üçün 262 generator tədarük etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, onlardan 25-i ötən ilin dekabrında, 237-si isə yanvarın 14-də göndərilib və yanvarın 21-dək həmin yerə çatıb.
Bundan əvvəl "Forbes.ua" məlumat verib ki, Ukraynaya atom elektrik stansiyasının bütöv enerji blokunun ümumi gücünə malik generatorlar gətirilib.
KİV-in məlumatına görə, 2022-ci ilin 11 ayı ərzində Ukraynaya təxminən 354 min generator gətirilib, onların orta gücü ən azı 1 GVt olub.
Bundan əvvəl Ukraynanın Aqrar Siyasət Nazirliyi bəyan etmişdi ki, Almaniya hakimiyyəti Ukraynanın ərzaq istehsalçılarına dizel generatorlarının ilk partiyasını təhvil verib.
Ali Radanın deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, ölkənin enerji sisteminin bərpası üçün iki aydan az müddətdə Ukraynaya 11,3 milyon dollar dəyərində transformator və digər avadanlıq gətirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ