Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ərdoğanı yeni təxribatlarla hədələdi: Hər cümə günü...
Ərdoğanı yeni təxribatlarla hədələdi: Hər cümə günü...

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı hədələyib.
Publika.az “Aftonblated” nəşrinə istinadla xəbər verir ki, o bildirib: “İsveç NATO-ya qəbul olunana qədər hər cümə günü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandıracam”.
Qəzet onu da yazır ki, Paludan Kopenhagendəki Rusiya və Türkiyə diplomatik nümayəndəlikləri yaxınlığındakı məsciddə üç Quranı yandırmaqla hədələyib. O, həmçinin bu hərəkətlərin sonuncu olmayacağına söz verib və buna görə Ərdoğanı günahlandırıb.
“Ərdoğan İsveçi NATO-ya buraxana qədər bunu etməliyəm”, – deyə "Aftonbladet" onun sözlərindən sitat gətirib.

Şərhlər