Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu ölkələrdən çağırış: İran dünya üçün təhlükədir
Bu ölkələrdən çağırış: İran dünya üçün təhlükədir

Vaşinqton və Körfəz ölkələri İranı “bölgədə sülhə təhlükə” adlandırıb.
reportyor.tv “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ və Körfəz Əməkdaşlıq Şurasının üzvü olan ölkələr İranın sabitliyi pozan fəaliyyətlərini cilovlamaq imkanlarını artırmaq üçün müdafiə sahəsində əməkdaşlıq və əməliyyat koordinasiyasını genişləndirmək barədə razılığa gəliblər. Bu barədə təhlükəsizlik danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilir.
Məlumata görə, sənədi imzalayan dövlətlər “İran tərəfindən silahların yayılması və tədarükünü region və dünya üçün ciddi təhlükəsizliyə təhdid” adlandıraraq, Tehranı dərhal öz siyasətini dəyişməyə və MAQATE ilə vicdanlı əməkdaşlığa çağırıblar.

Şərhlər