Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ukrayna üçün ŞAD XƏBƏR - Qərb bu dəfə belə yardım edir
Ukrayna üçün ŞAD XƏBƏR - Qərb bu dəfə belə yardım edir

Qərb Rusiyanı hədəf alan sanksiyalarına hər gün yenilərini əlavə etməklə yanaşı, Ukraynaya verdiyi dəstəyi də gücləndirir.
Musavat.com xəbər verir ki, Almaniya və Kanada Kiyev administrasiyasına təhvil verdikləri "Leopard 2" əsas döyüş tanklarının sayını artırıb.
Yeni tənzimləmə ilə Almaniyanın Ukraynaya verəcəyi tankların sayı 18-ə yüksəlib. Kanada da 4 əvəzinə 8 ədəd "Leopard 2" tankı göndərəcəyini açıqlayıb.
Ümumiyyətlə, Ukraynaya qırıcı təyyarələrin göndərilməsi ilə bağlı müsbət fikir bildirən ölkələrin sayı da artır.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Mig-29 və SU-24 təyyarələrini Kiyevə çatdıracaq üçüncü ölkələrə öz reaktiv təyyarələrini verə biləcəklərini elan edib. Danimarkanın müdafiə naziri Yakob Ellemann-Yensen də Kiyevə döyüş təyyarələrinin tədarükü ideyasına açıq olduqlarını bildirib.
ABŞ prezidenti Co Bayden isə "ABC News"a verdiyi müsahibədə Ukraynayalazım olan hər şeyi göndərdiklərini ifadə edərək, Kiyevin hazırda F-16-ya ehtiyacı olmadığını deyib

Şərhlər