Əfqanıstan Milli Müqavimət Cəbhəsi (NRF) Bazar ertəsi günü Kabil şəhərinin mərkəzində başqa bir intiharçı-terrorçu qrup tərəfindən "Talibana" qarşı həyata keçirilən terror aktından sonra Talibana qarşı silahlı döyüşlərə başlandığını elan edib.
reportyor.org xəbər verir ki, bu barədə NRF-nin sözçüsü Sibghatullah Əhmədi "Twitter"də paylaşım edib.
O, Kabildəki Pule Çarkhi təlim mərkəzində "Taliban" xüsusi bölməsi tərəfindən idarə olunan nəzarət məntəqələrinin ləğvi əməliyyatını əks etdirən bir video yayımlayıb.
Gecə saatlarında lentə alınan kadrlar zamanı avtomatdan atəş səsləri eşidilir.
"Bu hücum xalqı "Taliban"ın zülmü və vəhşiliyindən müdafiə etmək üçün partizan əməliyyatlarımızın başlanğıcıdır", - sözçü qeyd edib.