Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Tbilisidə etiraz dalğası: 4 tələb irəli sürüldü
Tbilisidə etiraz dalğası: 4 tələb irəli sürüldü

Paytaxt Tbilisidə parlament binası qarşısında “Birlikdə Avropaya” şüarı ilə “Vahid Milli Hərəkat”ın təşkil etdiyi aksiya baş tutub.
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, mitinq Gürcüstan, Ukrayna və Avropa İttifaqının himnləri ilə açılıb.
Mitinq iştirakçılarının fikrincə, ölkənin inkişaf yolu Avropaya inteqrasiyadan keçir, ona görə də bugünkü mitinqin məzmunu Gürcüstanın Avropaya doğru getməsindən ibarətdir.
Mitinqdə müxalif siyasi partiyaların üzvləri, cəmiyyətin müxtəlif sahələrinin nümayəndələri iştirak ediblər.
Partiyanın gənclər qanadının nümayəndələri isə Rustaveli metrostansiyasından yürüş edərək mitinqə qoşulublar.
Aksiyada çıxış edən Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvili qeyd edib ki, mitinqdə çoxlu müxtəlif fikirli insanlar iştirak edir, onları bir məqsəd birləşdirib, o da Gürcüstanı Avropa ailəsinə qaytarmaqdır.
Marqvelaşvili Gürcüstan hökumətini Putinlə birgə əməkdaşlqıda günahlandıraraq vətəni ruslardan xilas etmək öhdəliyi olduğunu bildirib.
“Strategiya Ağmaşenebeli”nin lideri Giorgi Vaşadze isə gürcü xalqının birləşməli olduğunu bildirib: "Bir yumruq kimi birləşən gürcü xalqı hər şeyə qalib gələ və irəli gedə bilər, bunu 7-9 mart mitinqləri də təsdiqlədi. Gürcü xalqı ədalətsizliyə layiq deyil ki, bu da hakimiyyətin bugünkü siyasətindən irəli gəlir".
Aksiyada iştirak edən "VMH" lideri Levan Xabeişvili mitinq iştirakçılarına 4 tələb təqdim edib: "Birinci tələb Lazarın azadlığı, ikinci tələb hakimlərin dərhal istefası, üçüncü tələb Mixeil Saakaşvili və Nika Qvaramiyanın azadlığı, dördüncü tələb de-oliqarxizasiya qanunu və məhkəmə islahatlardır".
O, qeyd olunan tələblər ətrafında siyasi partiyalara və siyasi liderlərə müzakirələr aparmağı təklif edib.

Şərhlər