Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Pakistanda güclü partlayış: 4 ölü, 20 yaralı
Pakistanda güclü partlayış: 4 ölü, 20 yaralı

Pakistanın Bəlucistan vilayətinin paytaxtı Kvetta şəhərində güclü partlayış olub.
Publika.az xəbər verir ki, Qəndahari bazarı ərazisində ilkin ehtimala görə 3-4 kiloqram partlayıcı qurğu yerləşdirilmiş motosiklet partlayıb. Nəticədə polis avtomobili da daxil olmaqla 2 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunub.
Partlayış nəticəsində 4 nəfər ölüb, 20-si yaralanıb.
Səhiyyə qurumlarının rəsmiləri xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olmasını nəzərə alaraq, ölü sayının çoxalacağını istisna etmir.
Pakistanın Baş naziri Şahbaz Şərif ölümlə nəticələnən hücumu pisləyərək, terrorçuların məkrli planlarının puç olacağını bildirib. Qadağan edilmiş Bəluc Azadlıq Ordusu məsuliyyəti üzərinə götürüb.

Şərhlər