Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zaxarova paylaşdı:Lavrov və Quterreş Nyu-Yorkda
Zaxarova paylaşdı:Lavrov və Quterreş Nyu-Yorkda

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparır.
reportyor.tv xəbər verir ki, görüşdən fotonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında yayımlayıb.
Aprelin 24-də Lavrov Nyu-Yorka gedib. Uçuşdan əvvəl nazir deyib ki, Rusiya ABŞ hakimiyyətinə Nyu-York səfərində onu müşayiət etməli olan rusiyalı jurnalistlərə viza verilməməsi ilə bağlı vəziyyəti unutmayacaq və bağışlamayacaq.
BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasında çıxış edən Lavrov, xüsusilə, BMT-nin və nizamnaməsinin ABŞ-ın ambisiyaları üçün təhlükə yaratdığını deyib.

Şərhlər