Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Sinan Oğan: "Dəstəklədiyimizi qalib edəcəyik" - VİDEO
Sinan Oğan: "Dəstəklədiyimizi qalib edəcəyik" - VİDEO

ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan "CNN International" kanalında jurnalist Becky Andersonun suallarına cavab verib.
reportyor.tv xəbər verir ki, Sinan Oğan kürdlərə deyil, terrora qarşı olduğunu açıqlayıb. 
Sinan Oğan həmçinin mühacirlər haqqında da fikirlərini bölüşüb. O, qeyd edib ki, ABŞ polisi qaçaq türkü tutanda nə edirsə, biz də eynisini etməliyik. 
Türkiyədə keçirilən 14 may seçkilərində 50 faizi keçə bilən namizəd olmadığı üçün seçkilər ikinci tura qalıb. Bu məqamda diqqətlər 5%-dən çox səs toplayan Sinan Oğana çevrilib. Beləliklə, irəlidə olan iki namizədin ikinci turda qazanması üçün Sinan Oğanın dəstəyinin böyük rolu olacaq. 
Bununla bağlı isə Sinan Oğan "Dəstəklədiyimizi qalib edəcəyik" fikrini səsləndirib. 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti